Baby House
Uşaq Bağçası

Kiçik addımlar, böyük gələcək!

Övladlarınızı ən müasir məktəbəqədər təhsil proqramı ilə gələcəyə, 1-ci sinfə tam hazır və özgüvənli şəkildə yola salırıq. İntellektual və fiziki inkişafı dəstəkləyən zəngin fəaliyyətlərlə dopdolu bir mühit.

08:00

Açılış saatı

19:00

Bağlanış saatı

24/7

Kamera müşahidəsi

Tədris Bölmələri

Tədris Proqramımız

Uşaqlarınızın parlaq gələcəyi üçün fərqli tədris dillərində bölmələrimiz fəaliyyət göstərir.

Qeyd: İngilis dili bütün bölmələrdə xüsusi metodika ilə tədris edilir.

0+

Peşəkar Müəllim

0

Xoşagəlməz Hal

0/7

Kamera Nəzarəti

0x

Günlük Qidalanma

Məktəbəqədər Təhsil

Ən Müasir Standartlara Uyğun Akademik Hazırlıq

Peşəkar məktəbəqədər təhsil proqramımız uşaqları 1-ci sinfə hərtərəfli və ən qabaqcıl qlobal standartlara uyğun hazırlamaq üçün nəzərdə tutulub. Uşaqlar həm ənənəvi biliklərə mükəmməl şəkildə yiyələnir, həm də elektron (onlayn) imtahan və test sistemləri ilə sərbəst işləmək vərdişləri qazanırlar. Məqsədimiz övladınızın təhsil həyatına özgüvənli və irəlidə başlamasıdır.

İlkin Savad Təlimi

İlkin Savad Təlimi

  • ✓ Hərflərin, səslərin tanınması və sərbəst hecalama.
  • ✓ Oxu vərdişlərinin yaradılması və ilkin xəttatlıq (yazıya hazırlıq).
  • ✓ Lüğət ehtiyatının zənginləşdirilməsi və səlis nitq bacarığının formalaşdırılması.
  • ✓ Mətnləri diqqətlə dinləmə, anlama və müstəqil hekayə qurma bacarığı.
  • ✓ Nağıl saatları, qrup daxili debatlar və sərbəst müzakirə mədəniyyətinin aşılanması.
  • ✓ Ətraf aləmlə tanışlıq və ilkin dünyagörüşünün əsaslarının qoyulması.
Məntiq və Riyaziyyat

Məntiq və Riyaziyyat

  • ✓ Rəqəmlərin tanınması, irəli/geri sayma və sadə hesablama (toplama, çıxma).
  • ✓ Həndəsi fiqurların, fəza, zaman (saat) və kəmiyyət anlayışlarının öyrədilməsi.
  • ✓ Uşağın analitik düşüncəsini, diqqətini və yaddaşını gücləndirən xüsusi məntiq oyunları.
  • ✓ Fəza təfəkkürünü və müstəqil qərar vermə (problem həlletmə) vərdişlərini inkişaf etdirən tapmacalar.
  • ✓ Məlumatları qruplaşdırmaq, müqayisə etmək və əlaqələndirmək bacarığının yaradılması.
  • ✓ İmtahan tipli riyazi-məntiqi testlərin elektron formatda sərbəst həlli.
Musiqi Bölümü

Musiqi Bölümü

  • ✓ Ritm duyğusunun, səsləri fərqləndirmə və musiqi eşitmə qabiliyyətinin kəskin inkişafı.
  • ✓ Səs və nəfəs idarəetməsi, uşaq xorunda aktiv iştirakla kollektiv işləmə bacarığı.
  • ✓ Milli, klassik və dünya uşaq mahnılarının öyrənilməsi.
  • ✓ Sadə musiqi alətləri ilə (kсилофон, baraban, marakas) ilkin tanışlıq.
  • ✓ Xor və vokal məşqləri ilə diksiyanın, tələffüzün xeyli yaxşılaşdırılması.
  • ✓ Musiqi vasitəsilə duyğuların ifadə edilməsi və uşaqların incəsənət zövqünün formalaşdırılması.

Maraq Və İstedad

Dərnəklərimiz

Övladlarınızın fərdi istedadlarını kəşf edib inkişaf etdirən xüsusi dərnəklərimiz

Şahmat

Şahmat

Uşaqların diqqətini artırmaq və düzgün qərar verməyi öyrənməsi üçün əyləncəli şahmat dərsləri.

Montessori

Montessori

Uşaqların sərbəst şəkildə kəşf edərək və toxunaraq öyrənməsini dəstəkləyən xüsusi metodika.

Musiqi

Musiqi

Mahnı oxumaq və ritm tutmaqla uşaqların musiqi duyğusunu inkişaf etdiririk.

Təsviri sənət

Təsviri sənət

Rəsm çəkmək və əl işləri vasitəsilə uşaqların yaradıcılığını və xəyal gücünü ortaya çıxarırıq.

Xarici Dil

Xarici Dil

Oyunlarla və əyləncəli metodlarla ingilis və rus dili öyrədirik.

Rəqs

Rəqs

Uşaqların fiziki aktivliyini və enerjisini düzgün yönləndirən şən rəqs dərsləri.

Bədii gimnastika

Bədii gimnastika

Uşaqların sağlam böyüməsi və çevik olması üçün peşəkar gimnastika məşqləri.

Bağça Xidmətləri

Tədrisi Dəstəkləyən Xidmətlərimiz

Psixoloji və Loqoped Dəstəyi

Psixoloji və Loqoped Dəstəyi

Uşaqların bağçaya, cəmiyyətə və məktəbə psixoloji adaptasiyası tam diqqət mərkəzindədir. Həmçinin, peşəkar loqoped xidmətimiz vasitəsilə uşaqlarda yarana biləcək nitq qüsurları, tələffüz problemləri və kəkələmə kimi hallar erkən yaşda aşkarlanır və xüsusi terapiyalarla tam aradan qaldırılır.

Elektron Sınaqlar və İmtahana Hazırlıq

Elektron Sınaqlar və İmtahana Hazırlıq

Uşaqların biliklərini daim yoxlamaq və məktəbə hazırlamaq üçün xüsusi elektron imtahan mərkəzimiz fəaliyyət göstərir. Uşaqlar kiçik yaşlarından onlayn testlərlə işləyərək, həm rəqəmsal vərdişlərə yiyələnir, həm də gələcək məktəb qəbul imtahanlarına (1-ci sinif qəbulu) tam sərbəst şəkildə hazırlaşırlar.

Qidalanma və Tibbi Nəzarət

Qidalanma və Tibbi Nəzarət

Sağlam inkişaf üçün təbii və vitaminlə zəngin məhsullardan ibarət 5 dəfəlik qidalanma rasionu tətbiq edilir. Qida menyusu pediatrlar tərəfindən yaş qruplarına uyğun tərtib olunur. Hər gün bağçaya qəbul zamanı uşaqların ümumi fiziki vəziyyəti, hərarəti yoxlanılır və onlar gün ərzində tibbi personalın tam nəzarəti altında olurlar.

24/7 Təhlükəsizlik və Nəzarət

24/7 Təhlükəsizlik və Nəzarət

Övladlarınızın hər anının təhlükəsizliyinə zəmanət veririk. Bağçamız daxili otaqlarda və həyətyanı sahədə 24/7 rejimində çalışan HD kameralarla təchiz olunub. Ərazi xüsusi mühafizə xidməti tərəfindən qorunur, uşaqlar yalnız öz valideynlərinə (və ya əvvəlcədən təsdiqlənmiş şəxslərə) təhvil verilir. Valideynlər tam arxayın ola bilərlər.

Haqqımızda

Övladınızın
İkinci Evi

Baby House olaraq məqsədimiz, övladlarınızın həm sevgi, qayğı və diqqətlə əhatə olunduğu bir mühitdə böyüməsi, həm də onların intellektual və fiziki inkişafını dəstəkləyən zəngin fəaliyyətlərdə iştirak etməsini təmin etməkdir.

  • 2011-ci ildən bu günə qədər rəsmi lisenziyalı fəaliyyət
  • Bağçamız 24/7 kamera müşahidəsi altındadır
  • Sevgi və qayğı ilə böyüyən isti mühit
  • Hərtərəfli inkişaf: əqli, məntiqi, yaradıcı
  • Peşəkar loqoped, defektoloq və psixoloq dəstəyi

Komandamız

Peşəkar Komanda

Baş Müəllim

Baş Müəllim

Baby House Uşaq Bağçası

Loqoped

Loqoped

Baby House Uşaq Bağçası

Uşaq Psixoloqu

Uşaq Psixoloqu

Baby House Uşaq Bağçası

Dayə

Dayə

Baby House Uşaq Bağçası

Rəylər

Valideynlər Nə Deyir?

Övladım BabyHouse-a getdikdən sonra çox inkişaf etdi. Müəllimlər həqiqətən qayğıkeş və peşəkardır.

A

Aytən X.

BabyHouse Valideyn

24 saat kamera izləməsi bizə çox rahatlıq verir. Uşağımızın bağçada nə etdiyini hər an izləyə bilirik.

R

Rauf M.

BabyHouse Valideyn

Loqoped xidməti fantastikdir. Oğlumun danışıq problemi qısa müddətdə həll olundu.

G

Gülnar S.

BabyHouse Valideyn

Bütün gün xidmət (08:00–19:00) iş vaxtımıza çox uyğundur. Heç bir narahatlıq olmadan işimizdə diqqətimizi saxlaya bilirik.

N

Nigar Ə.

BabyHouse Valideyn

Övladım BabyHouse-a getdikdən sonra çox inkişaf etdi. Müəllimlər həqiqətən qayğıkeş və peşəkardır.

A

Aytən X.

BabyHouse Valideyn

24 saat kamera izləməsi bizə çox rahatlıq verir. Uşağımızın bağçada nə etdiyini hər an izləyə bilirik.

R

Rauf M.

BabyHouse Valideyn

Loqoped xidməti fantastikdir. Oğlumun danışıq problemi qısa müddətdə həll olundu.

G

Gülnar S.

BabyHouse Valideyn

Bütün gün xidmət (08:00–19:00) iş vaxtımıza çox uyğundur. Heç bir narahatlıq olmadan işimizdə diqqətimizi saxlaya bilirik.

N

Nigar Ə.

BabyHouse Valideyn

Sual-Cavab

Tez-Tez Verilən Suallar

Bağçamız hər gün saat 08:00-da açılır və 19:00-da bağlanır. Tam gün xidmət təklif edirik.
Gündə 5 dəfə (səhər yeməyi, 2-ci səhər yeməyi, nahar, günorta ərzağı, şam yeməyi) təzə və sağlam məhsullardan ibarət qidalanma proqramı tətbiq edilir.
Bağçamız 24/7 kamera müşahidəsi altındadır. Bütün uşaqlar peşəkar mütəxəssislərin daimi nəzarəti altındadır.
Bəli. Bağçamızda peşəkar loqoped, defektoloq və psixoloq xidməti mövcuddur. Xüsusi ehtiyacı olan uşaqlar üçün fərdi inkişaf və korreksiya proqramı tətbiq edilir.